YAP-ın yaranmasının 18-ci ildönümünə həsr olunmuz tədbir keçirilib

img

20-11-2010 [12:12]


Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və partiyanın digər rəhbər şəxsləri iştirak edib. Tədbirə Yeni Azərbaycan Partiyasının üzvü olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil naziri Misir Mərdanov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov da qatılıblar. Tədbirin açılışında çıxış edən Əli Əhmədov YAP-ın yaranma tarixindən və fəaliyyətindən bəhs edib. Millət vəkili Rəbiyyət Aslanova bildirib ki, YAP-ın yaranması Azərbaycan tarixində çox önəmli bir hadisədir: ?Çünki xalqın milli varlığını qoruyan, onun gələcəyə addımlamağa mühüm şərait yaradan, xalqı bütövləşdirən, tamlaşdıran və millətlər içərisində yaşamaq haqqı qazandıran partiyadır. Bu gün onun ad günüdür. Bu baryam münasibətilə hər kəsi təbrik edirəm?. Tədbirdə partiyanın rəhbərliyində təmsil olunan millət vəkilləri, dövlət nümayəndələri də çıxışlar ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA