Kəmaləddin Heydərov Yaponiya və Almaniyanın Azərbaycandakı səfirləri ilə görüzüb

img

20-11-2010 [12:07]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yaponiya və Almaniyanın Azərbaycandakı səfirlərini qəbul edib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ilə görüşdə nazir FHN tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Ölkələr arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir isə səmimi qəbula görə təşəkkürünü bildirib. Hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün birgə səylər göstərilməsinin zəruriliyini vurğulayıb. Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Herbert Kvelle ilə görüşdə isə əməkdaşlıq əlaqələri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA