Azərbaycan ordusunun giziri zəhid olub

img

20-11-2010 [01:29]


Bu gün cəbhənin Ağcabədi rayon istiqamətində erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu gizir İbrahimov İbrahim Sabir oğlu aldığı güllə yarasından şəhid olub. Onun snayperdən atılan atəş nəticəsində şəhid olduğu bildirilir. ANS-in Qarabağ bürosu xəbər verir ki, gizir Xocavənd rayonunu işğal altındakı Qarakənd yaşayış məntəqsindən açılan atəş nəticəsində şəhid olub. Qeyd edək ki, gizir İbrahim İbrahimov Oğuz rayon hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA