çörəyin və unun qiyməti ilə bağlı yoxlamalar bazladı

img

19-11-2010 [04:13]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti unun və çörəyin qiymətinin bahalaşması ilə bağlı satış məntəqələrində monitorinqlərə başlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər Bakıda və ölkənin müxtəlif regionlarında aparılır. Monitorinqlər qiymətlərin süni şəkildə qaldırılması ilə yanaşı məhsulun keyfiyyətinə və çörəyin çəkisi də yoxlanır. Nazirlikdə bildirirlər ki, monitorinqlərin hələ bir neçə gün davam edəcəyi gözlənilir. Monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, noyabrın 19-dan etibarən Bakının bəzi ərazilərində çörəyin qiyməti bahalaşıb. Belə ki, artıq şəhərin əksər yerlərində 30 qəpiklik zavod çörəyi 40 qəpiyə satılır. Həmçinin son bir neçə gündə 50 kiloqramlıq unun da qiyməti 18-20 manatdan 24 manatadək qaldırılıb. Bəzi mağazalarda isə ümumiyyətlə, unun satışı dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA