Dövlət Statistika Komitəsi; Azərbaycanda bu il 56 min yeni iz yeri açılıb

img

19-11-2010 [11:46]


Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 55 983 yeni, o cümlədən 41 032 daimi iş yerləri açılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin oktyabrın 1-dək 129 596, o cümlədən 95 547 daimi iş yerləri yaradılıb. Daimi iş yerlərinin 13,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,2%-i mövcud müəssisə və təşkilatlarda, 0,8%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 63,3%-i isə fiziki şəxslər tərəfindən yaradılıb. Yeni iş yerlərinin 77,1%-i regionlarda açılıb ki, 19,1%-i Aran, 13,6%-i Gəncə-Qazax, 7,2%-i Quba-Xaçmaz, 7%-i Lənkəran, 6%-i Şəki-Zaqatala, 5,1%-i Naxçıvan iqtisadi rayonlarının payına düşüb. Cari ilin doqquz ayında iş yerlərinin 90,6%-i qeyri-dövlət sektorunda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA