ATƏT Adnan Hacızadənin azad edilməsini alqızlayıb

img

19-11-2010 [10:50]


ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç azərbaycanlı blogger Adnan Hacızadənin həbsdən azad olunmasını alqışlayıb. Qrumun rəsmi saytında yer alan məlumata görə, Dunya Miyatoviç Adnan Hacızadənin azadlığa çıxmasına şad olduğunu bildirib. ?Bizim ofis, o cümlədən bir çox beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları dəfələrlə Azərbaycan tərəfinə müraciət edərək onları azadlığa buraxmağa çağırıb. Bu məsələni mən dəfələrlə qaldırmışam?, - deyə Miyatoviç bildirib. O həmçinin Azərbaycan hökumətini digər blogger Emin Milli və jurnalist Eynulla Fətullayevi də azadlığa buraxmağa çağırıb. Qeyd edək ki, dünən Bakı Apelyasiya Məhkəməsi blogger Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb. Məhkəmə onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb. Adnan Hacızadə digər blogger Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının ?Livan? restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA