Emin Milli də azadlığa buraxılıb

img

19-11-2010 [10:43]


Noyabrın 19-də Salyan Rayon Məhkəməsində bloqqer Emin Millinin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb. Emin Milli digər bloqqer Adnan Hacızadə ilə birgə ötən il iyulun 8-də Bakının ?Livan? restoranında baş verən insidentdən sonra tutulub. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib. Adnan Hacızadə noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA