ilham Əliyev: "Statusun müəyyən edilməməsi münasibətlərimizə təsir göstərməyib"

img

18-11-2010 [05:50]


"Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir və ümid edirəm ki, gələcək dövrlərdə əməli-praktiki nəticələr əldə olunacaq. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi bizim aramızda olan dostluq münasibətlərinə heç bir təsir göstərmədi". Bunu prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısında çıxışı zamanı bildirib. Dövlət başçısı İlham Əliyev Xəzəryanı dövlətlərlə çoxşaxəli münasibətlərə malik olduğumuzu vurğulayıb: "Əlbəttə, biz istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik". Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin ?Gənclik? iqamətgahında Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı öz işinə başlayıb. Sammitdə beş Xəzəryanı dövlət başçısı: Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, İran prezidneti Mahmud Əhmədinejad, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA