QHT-lərə Dövlət Dəstəyi Şurası Bakıda beynəlxalq tədbir keçirəcək

img

18-11-2010 [05:43]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə ?Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar? mövzusunda beynəlxalq konfrans keçiriləcək. 18 ölkə və bir sıra beynəlxalq təşkilat təmsilçilərinin qatıldığı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin, Counterpart İnternational Təşkilatının, Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondunun və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin yaxından iştirakı və dəstəyilə həyata keçirilir. Konfrans 25-26 noyabr 2010-cu ildə Bakı şəhərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA