Məkkədə 75 yazlı azərbaycanlı zəvvar vəfat edib

img

16-11-2010 [03:00]


Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan biri dünyasını dəyişib. Zəvvar Hacı titulunu qazanandan sonra - bu gün vəfat edib. Bunu ANS-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. "Bir zəvvarımız bu gün dünyasını dəyişib. Bu da 75 yaşlı Cəlilabad rayon sakini Duha Məmmədovadır. Onun şeytanı daşlama mərasimindən sonra vəziyyəti pisləşib. Xəstəxanaya aparıblar, Lakin onun həyatını xilas etmək mümkün olmayıb". Onun sözlərinə görə, ümumi qaydalara görə vəfat edən Hacı xanım Məkkədə dəfn ediləcək. Dəfn mərasimi noyabrın 18-də həyata keçiriləcək. Allah rəhmət eləsin! Xatırladaq ki, bundan öncə bu il Həccə gedən zəvvarlardan Azərbaycan vətəndaşı Xanbala Atakişiyev də vəfat edib. Noyabrın 8-də axşam saatlarında mərhumun cənazəsi Bakıya gətirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA