Mərkəzi Seçki Komissiyası zikayətlərin arazdırma müddətinin uzadılması barədə qərar qəbul edib

img

14-11-2010 [04:33]


Noyabrın 14də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən beşində tələb aydın olmadığından, üçü isə qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, biri aidiyyəti üzrə araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilmiş, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır. İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA