Prezident ?Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası?nın təsdiq edilməsi haqqında Fərman imzaladı

img

13-11-2010 [10:46]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ?Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası?nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərman da bildirilir ki, hər bir namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və digər kütləvi informasiya vasitələrində elan verilir. Müsabiqəyə ?Gömrük orqanlarında xidmət haqqında? Əsasnamənin tələblərinə cavab verən vətəndaşlar buraxılır. Kiçik heyət və baş rəis heyəti (gömrük xidməti mayoru və tibb xidməti mayoru xüsusi rütbələri nəzərdə tutan vəzifələr istisna olmaqla) üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən namizədlər, prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər, digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçular, hüquq sahəsində elmi dərəcəsi olan şəxslər, gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik mütəxəssislər test imtahanından azad edilirlər və onlarla yalnız müsahibə keçirilir. Müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq olunur. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və digər mütəxəssislər cəlb edilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA