AŞPA-nın Daimi Komitəsi parlament seçkilərini yüksək qiymətləndirib

img

13-11-2010 [10:36]


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin Türkiyənin Antalya şəhərində keçirilmiş toplantısında Azərbaycan və Bosniya-Herseqovinadakı parlament seçkilərində müşahidəçi olmuş millət vəkilləri hər iki ölkədə seçkilərin demokratik şəraitdə keçdiyini, müxalifət partiyalarının iştirakının təmin edildiyini, səsvermə prosesində heç bir qanun pozuntusu, yaxud qarşıdurmanın olmadığını bildiriblər. Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçkilərin yüksək səviyyədə təşkil olunmasında rolu xüsusi vurğulanıb. Toplantını giriş sözü ilə açan AŞPA-nın sədri Mövlud Çavuşoğlu deyib ki, təşkilata və onun Nazirlər Komitəsinə sədrlik edən Türkiyə Avropa Şurasında islahat prosesini tam dəstəkləyir. Bundan başqa, Ankara üçün digər prioritet məsələ Avropa İnsan Haqları Məhkəməsində aparılacaq islahatlardır. Sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA