Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məzğul olan Sənaye Sahələrində Şəffaflıq Təzəbbüsü üzrə çoxtərəfli Qrupun iclası ke

img

12-11-2010 [04:53]


2010-cu il noyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib. Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 13-cü hesabat (2010-cu ilin ilk 6 ayı) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlayıb. İclasda Çoxtərəfli Qrupun üzvləri ÇQ-nin 2011-ci il üçün iş planını müzakirə edərək təsdiq ediblər. Eyni zamanda qeyd edildi ki, Azərbaycanda MHŞT-nin tətbiqinin ilkin mərhələsində MHŞT prosesinə inamın yaradılması məsələsindən irəli gələrək il ərzində iki (yarımillik və illik) hesabat açıqlanırdı. ÇQ mövcud şəraitdə Azərbaycanda MHŞT-nin tətbiqi sahəsində əldə edilən nailiyyətləri və MHŞT-ni tətbiq edən digər ölkələrdə yalnız illik hesabatların açıqlandığını nəzərə alaraq, MHŞT hesabatlarının əvvəlki illərdən fərqli olaraq ildə bir dəfə illik hesabat şəklində açıqlanmasına qərar verib. İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA