ADU-da ?Respublikada bakterioloji vəziyyət və infeksiyalar? adlı tədbir keçirildi

img

12-11-2010 [03:46]


Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynab Kazımovanın MIA-ya verdiyi məlumata görə noyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) H.Əliyev muzey-lektoriyasında Mülki Müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə ?Respublikada bakterioloji vəziyyət və infeksiyalar? adlı tədbir keçirildi. Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Mülki Müdafiə kafedrasının müdiri Sevda Zamanova, kafedranın bir sıra müəllimləri və tələbələr iştirak edirdilər. Eyni zamanda tədbirdə qonaq qismində Respublika Taun Mərkəzinin direktoru, Tibb Universitetinin Ekologiya və qidalanma kafedrasının professoru, tibb elmləri doktoru Maqsud Qasımov, Taun əleyhinə laboratoriya müdiri, makrobioloq, tibb elmləri namizədi Aydın Talıbzadə, Epidemiologiya şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova iştirak edirdilər. Professor Maqsud Qasımov tədbir iştirakçılarına bakterioloji və hava vasitəsilə keçə bilən müxtəlif infeksion xəstəliklərdən söhbət açaraq, taun kimi təhlükəli xəstəlik haqqında ətraflı məlumat verdi. Tibb elmləri namizədi Aydın Talıbzadə slayd nümayiş etdirərək respublikamızda fəaliyyət göstərən müxtəlif xəstəliklərin qaynar ocaqları və taun əleyhinə şöbələr, profilaktik tədbirlər barədə geniş mühazirə etdi. Öz növbəsində tibb elmləri namizədi Rita İsmayılova heyvan, bakteriya və virus mənşəli infeksion xəstəliklərdən danışaraq 2005-ci ildə Salyan və Tərtər rayonlarında baş qaldıran quş qripi xəstəliyinin törətdiyi fəsadlar barəsində ətraflı söhbət açdı. O, gigiyenik qaydalara riayət etməklə adıçəkilən xəstəliklərə yoluxma riskini azaltmağın mümkün olduğunu da iştirakçıların diqqətinə çatdırdı. Tədbir qarşılıqlı sual-cavab şəraitində sona yetdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA