Hava yağmursuz keçəcək

img

12-11-2010 [12:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün havanın arabir açılacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 15-17?, axşam 11-13?olacaq. Noyabrın 13-də gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11? isti, gündüz 16-18? isti olacaq. Noyabrın 14-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11? isti, gündüz 17-19? isti təşkil edəcək. Noyabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11? isti, gündüz 15-17? isti təşkil edəcək. Azərbaycanın rayonlarında şənbə günü hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11? isti, gündüz 15-20?, dağlarda gecə 6-10? isti, gündüz 14-19? olacaq. Noyabrın 14-15-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal edilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11? isti, gündüz 17-22? isti, dağlarda gecə 5-8? isti, gündüz 13-17? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA