ilqar Altay ?qara transplantasiya? təhqiqatı üçün Ukrayna və Rusiyaya səfərə hazırlazır

img

11-11-2010 [04:36]


[b]?Bu, əsasən Ukrayna tərəfinin problemidir və Azərbaycana elə də çox aidiyyətli olmamalıdır? [/b] İctimai tədqiqatlar Mərəkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay ?qara transplantasiya? ilə bağlı ictimaiyyəti maraqlandıran bəzi mətləblərə aydınlıq gətirilməsi üçün müstəqil təhqiqata başlamışdır. Xatırladaq ki, Ukraynada insan orqanlarının qanunsuz alınıb satılması üzrə mütəşəkkil dəstə aşkarlanmış və bu əməliyyatın Bakıda klinikaların birisində aparıldığı bildirilmişdir. Bununla bağlı Ukrayna istintaq orqanları Bakıya gəlmiş və Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə iş aparmışlar Məsələ ilə əlaqədar İlqar Altayla söhbət etdik. Hüquqşünas-tədqiqatçı vurğuladı ki, müstəqil araşdırma seçimində əsas geniş ictimaiyyətin marağıdır: ?Biz o məsələnin, problemin üzərinə gedirik ki, oradakı qaranlıq mətləblər, görünməyən tərəflər insanları narahat edir, üzür. İnsan orqanlarının köçürülməsi yəni, transplantasiyası son illərin, tibbin, texnologiyanın inkişafının nailiyyətidir. Hər bir inkişafın da böyründə təbii ki, bu inkişafdan sui-istifadə halları yaranır. Artıq dünyada ?qara transplantasiya? yəni, qanunsuz insan orqanı alverindən istifadə etməklə insanların istismarı halları artır?. Bu istismarçı, qanunsuz hərəkətlərin qarşısını almaqda müasir hüquq bazasının kifayət etmədiyini bildirən İlqar Altay problemin tənzimlənməsində bütün dünya üzrə problem olduğunu bildirdi: ?Əksər ölkələrin cinayət qanunlarında insan orqanları alveri əməlini insan alveri maddəsinə əlavə etmişlər. Bizdə də bu belədir. Ancaq mahiyyətcə burada fərqlər var. İnsanlardan məcburi əmək, cinsi istismar və yaxud köləlik məqsədi ilə alver edilməsinin qarşısı müvafiq qanunla birmənalı qadağan oluna biliər. Çünki, istehlakçı bundan öz mənəvi, sosial və ya maddi rifahı üçün istifadə edir və bunsuz ötüşə bilər. Ancaq insan orqanı istehlakçısı, məsələn iki böyrəyini itirmiş insan ölməmək üçün yeni böyrək əldə etməyə məhkumdur. Yəni o bunu kefindən etmir, bunsuz ötüşə bilmir. Odur ki, qanun burada donora və istehlakçıya birmənalı qadağa qoya bilməz. Məcburiyyət yaranır ki, transplantasiya məsələsində əlavə protokol qaydalarına riayət olunması tələb olunsun. O məqsədlə ki, burada alverçilik edən, bu ticarəti quran tərəflər müəyyən edilib məsuliyyətə cəlb edilsin?. Ukrayna hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı apardığı əməliyyatın və cinayət təqibinin elə asan olmadığını bildirən kriminalist indiyədək oradakı əlaqədar həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmadığını bildirdi: ?Bu iş üzrə məsuliyyətə cəlb olunmuşlar transmilli alverin təşkilatçısı olan İsrail vətəndaşıdır və onun 4 nəfər əlaltısıdır ki, onlar da donor tapmaq üzrə kuryerlik etmişlər. Qanunsuzluğa işə hüquqi don geyindirmək üçıün sənədləşmələr təşkil etmişlər. Həkimlərin bu işdə məsuliyyətə cəlb olunması çətindir. Çünki onlar müvafiq sənədlər əsasında öz tibbi fəaliyyətlərini yerinə yetirdiklərini iddia edirlər. Ukrayna qanunlarının müvafiq hissəsində də boşluqlar var. Yəni, məsələ Ukrayna DİN Kibercinayətlər və insan alverinə qarşı mübarizə idarəsinin rəhbəri Kuçerin dediyi kimi asan deyil?. Azərbaycan həkimlərinin bu məsələ ilə əlaqədar məsuliyyətə cəlb olunmasına gəldikdə, İlqar Altay mətbuat orqanlarının bu məsələnin Bakıya aid hissəsini bir qədər şişirtməsini qeyd etdi: ?Zənnimizcə, məsələnin Bakı tərəfi bir qədər şişirdilib. Məlum ?qara transplantasiya?da bu qanunsuz ticərəti təşkil edənlər və mənfəət götürənlər İsrail və Ukrayna vətəndaşlarıdır. Həkimlər də Azərbaycandan deyil. Anestezioloq və cərrah Ukraynadan gəliblər və yalnız Bakıdakı özəl klinika bu əməliyyatın aparılmasına yer verib. Bu klinika isə, əməliyyata yəqin ki, müvafiq sənədlər əsasında imkan yaradıb. Əgər bunu əsaslandıra bilməzsə, klinika rəhbərliyi məsuliyyət daşıya bilər. Əməliyyatlar başqa ölkələr və şəhərlərdə də aparılıb. Yəni, bu məsələ əsasən Ukraynanın problemidir və Azərbaycanla elə də çox aidiyyətli olmamalıdır?. Aparılacaq müstəqil araşdırmada məqsədin konkret olaraq bu məsələyə deyil, insan orqanlarının köçürülməsində cinayətlər və hüquqi tənzimlənmə məsələlərinin beynəlxalq həllinə xidmət etdiyini bildirən İlqar Altay, bu işin beynəlxalq müstəqil təhqiqatçılarla birlikdə aparılacağını da vurğuladı. Xatırladaq k, İlqar Altay bundan əvvəl Türkiyə və İsrail arasında münaqişə yaratmış ?Mavi Mərmərə? insidentini araşdırmış və aparılan iş artıq müxtəlif dillərdə beynəlxalq təşkilatlar və ölkələrdə yayılmağa başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA