Prezident cəbhə bölgəsinə səfər çərçivəsində Ağdama gedib

img

11-11-2010 [04:02]


Azərbaycan prezidenti İlham Əliyevin cəbhə xəttində yerləşən rayonlara səfəri davam edir. Füzuli rayonunda bir sıra tədbirlərdə iştirak edən prezident daha sonra Ağdama gedib. Dövlət başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzində Heydər Əliyev parkında mrhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident və xanımı abidə önünə gül dəstələri qoyub. Daha sonra prezident İlham Əliyev Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhiyyə ocağında yaradılmış şəraitlə tanış olublar. Xəstəxananın 2 mərtəbədən ibarət əsas binasının birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır. Dövlət başçısı səhiyyə ocağının köhnə və yeni binasının şəkilləri əks olunmuş fotoguşəyə baxıb. Məlumat verilib ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılmış və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunub. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradıb. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Birinci mərtəbədə doğum şöbəsi də yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri yerləşir. Bina müasir havalandırma sistemi ilə təchiz olunub. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və elektrik paylayıcı generator qurğuları quraşdırılmış və rentgen şöbəsi yaradılıb. Ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınıb. Xəstəxanaya gələn yola asfalt örtüyü salınıb, yeni işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş ?Mercedes? markalı 2 təcili tibbi yardım avtomobili verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA