Azərbaycan prezidenti adından Mübariz ibrahimov və Fərid Əhmədovun xatirəsinə ehsan verilib

img

11-11-2010 [03:12]


Bu gün Təzə Pir məscidində prezident İlham Əliyevin adından Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədov xatirəsinə ehsan verilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə şəhidlərin valideynləri, yaxın və qohumları iştirak edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İlham Əliyev adından və öz adından şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, şəhidlərin ruhlarını yad edib. Şeyxülislam A. Paşazadə şəhidlərə, onların ailələrinə olan dövlət qayğısının, müqəddəs ruhlarına dərin ehtiramın böyük önəm kəsb etdiyini bildirərək, bu sahədə ölkə rəhbərinin səylərini yüksək dəyərləndirib. Mərasimdə iştirak edən Daxili İşlər, Müdafiə Nazirliklərinin rəhbərliyi və şəxsi heyətləri, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri şəhidlərin yaxın və qohumlarına başsağlığı veriblər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA