Səfər Əbiyev NATO təmsilçisini və səfiri qəbul edib

img

11-11-2010 [02:44]


Noyabrın 11-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının qərargah rəisi general polkovnik Jouk Lambertus Nermanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə NATO ilə Azərbaycan arasında əlaqələr və Cənubi Qafqazda geosiyasi vəziyyət müzakirə olunub. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev həmçinin, İordaniya Haşimiyyə Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abel Mohammad Abedalaziz Əl-Adailehi qəbul edib. Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri və regionda mövjud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA