TQDK-nın nümayəndələri beynəlxalq konfransa qatılıb

img

11-11-2010 [02:40]


Ötən həftə Norveçin Oslo şəhərində keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiyanın beynəlxalq konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları da iştirak edib. TQDK-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, ?Qiymətləndirmə proseslərinin idarə olunması: Siyasət və tədqiqat" mövzusuna həsr olunmuş konfransda Avropada təhsilin qiymətləndirilməsində mövcud olan problemlərin həllinə yolları müzakirə olunub. TQDK-nın məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev və mətbuat katibi Elnur Nağızadənin də qatıldığı tədbirdə qiymətləndirilmənin keyfiyyətinin yüksəldilməsi, keyfiyyətə təsir edən amillər, qiymətləndirilmədə yeni strategiyalar və digər çox mühüm məsələlərə dair məruzələr dinlənilib. Konfransda 20 ölkədən 100 yaxın nümayəndə iştirak edib. İştirakçılar müzakirə zamanı müxtəlif ölkələrin təhsildə qiymətləndirmə sahəsində olan nailiyyətləri haqqında həmkarları ilə bölüşərək gələcəkdə əməkdaşlığın daha geniş və çoxsahəli olmasını qərara alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA