Sabahdan Azərbaycan ərazisində hava soyumağa bazlayacaq

img

10-11-2010 [04:11]


Bakıda və Abşeron yarımadasında havanın temperaturu həftəsonuna kimi bir neçə dərəcə düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah paytaxtda və yarımadada dəyişkən buludlu, yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11? isti, gündüz 17-20? isti təşkil edəcək. Noyabrın 12-də havanın tutulub açılacağı, gecə və səhər duman olacağı, yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12? isti, gündüz 16-18? isti olacaq. Noyabrın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11? isti, gündüz 17-19? isti olacaq. Azərbaycanın rayonlarında noyabrın 11-də gün əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10? isti, gündüz 17-22?, dağlarda gecə 4-8? isti, gündüz 15-19? olacaq. Noyabrın 12-13-də də gecə və səhər bəzi yerlərdə duman, çiskin proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11? isti, gündüz 17-21? isti, dağlarda gecə 4-8? isti, gündüz 14-17? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA