Avropa insan Hüquqları Məhkəməsi Fərhad Əliyevlə bağlı qərar çıxardı

img

09-11-2010 [04:46]


[b]Qərara əsasən Azərbaycan hökuməti Fərhad Əliyevə dəyən maddi və mənəvi zərərə görə 41 min avro ödəməlidir[/b] Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan daxil olan daha iki şikayət- Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayevin, digəri isə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin şikayəti üzrə qərarını açıqlayıb. Qzrarda bildirilir ki, Eldar Salayevə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi pozulub. Fərhad Əliyevlə bağlı qərarında isə bildirilir ki, sabiq nazirə qarşı Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, 5-ci maddəsinin 3-cü bəndi və 6-ci maddəsinin 2-ci bəndi pozulub. Məhkəmənin qərarına görə, üç ay ərzində Fərhad Əliyevə dəyən mənəvi zərərə görə 16 min avro, maddi zərərə görə 25 min avro ödənilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA