TOHGMiB Mübariz ibrahimov və Fərid Əhmədovun məzarlarını ziyarət ediblər

img

09-11-2010 [02:27]


Bu gün Bayraq Günü münasibətilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) üzvləri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. TOHGMİB daha sonra İkinci Fəxri Xiyabanında təmas xəttində gedən döyüşlərdə düşməni dəf edərkən qəhrəmancasına həlak olmuş Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarını ziyarət ediblər. TOHGMİB-nin sədri Emin Həsənli deyib ki, Azərbaycanın Mübariz İbrahimov və Fərid Əhmədov kimi oğulları çoxdur və onlar Azərbaycan bayrağını daim ucalığa qaldıracaq, işğal olunmuş torpaqlarımızı azad edəcəklər: ? Bu cür gəncliyi olan Azərbaycanın torpaqları işğal altında qalmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA