Aran bölgəsində aparılarn seçki monitorinqinin nəticələri açıqlanıb

img

09-11-2010 [02:23]


Regional İnsan Haqları və Ekologiya Müdafiə Mərkəzi noyabrın 7-də keçirilən parlament seçkilərilə bağlı respublikanın aran regionunda apardığı monitorinqin nəticələrini açıqlayıb. Mərkəzin rəhbəri Azad İsgəndərlinin sözlərinə görə, monitorinq iki mərhələdən ibarət olub. Birinci mərhələ seçkiqabağı mühitin qiymətləndirilməsilə bağlı olub. ?58 saylı Hacıqabul, 61 saylı Neftçala, 46 saylı Şirvan və 63 saylı Sabirabad seçki dairələrində seçkiqabağı monitorinqlərin nəticəsində seçki maarifçiliyinin zəifliyi və namizədlərin bir çoxunun seçkilərə formal qatıldığı məlum oldu. Seçicilər hələ də namizədlərdən sosial problemlərin həllini xahiş etmiş, namizədlər isə bəzi hallarda şişirdilmiş vədlərlə yadda qalıblar. Xüsusilə Sabirabad və Neftçala rayonlarındakı seçki dairələrində namizədlərə qarşı münasibət birmənalı olmamış, bu üzdən insanların seçki aktivliyi həddindən artıq aşağı olub? deyə, təşkilatın açıqladığı rəydə qeyd olunur. Seçki günü keçirilən monitorinqlər zamanı isə bu bölgədə 46 saylı Şirvan və 58 saylı Hacıqabul seçki dairələrində sakinlərin seçkilərdə iştirak faizinin digər rayonlara nisbətən yüksək olduğu üzə çıxıb: ?Araşdırmalar göstərir ki, namizədlərin əksəriyyətinin vətəndaş cəmiyyətinin nümayəndələri olan dairələrdə seçki aktivliyi yüksək olur. 46 saylı Şirvan və 58 saylı Hacıqabul seçki dairələrini, bəzi xırda çatışmazlıqları nəzərə almasaq, respublika üzrə ən şəffaf seçkilərin keçirildiyi dairələr kimi xarakterizə etmək olar. Müxalifətdən, müstəqil qeyri-hökumət təşkilatlarından və beynəlxalq qurumlardan olan nümayəndələrin dairələrdə apardıqları müşahidələrin nəticələri də deməyə imkan verir ki, 7 noyabr seçkiləri Azərbaycanı Qərbə bir addım da yaxınlaşdırdı?. Təşkilatın açıqladığı rəydə neqativ hallara da əks olunub. ?Məntəqələrdə müşahidəçilərin fəaliyyətinə şərait yaradılmaması, icra strukturlarının seçki günü seçkilərə yersiz müdaxilələri, bəzi məntəqə sədrlərinin Seçki Məcəlləsinin fundamental tələblərini bilməməsi ciddi narahatlıq doğurur. Bu cür halların olması bəzi hallarda seçkilərin demokratikliyini şübhə salan məqamlar kimi müxtəlif təşkilatların hesabatlarında qeyd olunur. Odur ki, bu kimi halların aradan qaldırılması üçün müvafiq qurumların seçki təbliğatını, maarifləndirməsini daha geniş aspektdə aparmaları zəruridir. Seçkilərin daha azad və ədalətli keçirilməsi üçün seçki komissiyalarının da tərkibinin yenidən ? müstəqil şəxslərdən ibarət olmaqla formalaşması vacibdir? deyə mərkəzin monitorinqinin nəticələrində qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA