ABŞ Dövlət Departamenti Azərbaycandakı seçki ilə bağlı rəyini açıqlayıb

img

09-11-2010 [10:54]


ABŞ Dövlət Departamenti noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkisinin dinc mahiyyətli olduğunu qeyd edir, lakin onun beynəlxalq standartlara uyğun olmadığını hesab edir. Bu barədə Departamentin mətbuat katibi Filip Kroulinin bəyanatında bildirilir. "Azərbaycanda keçirilən parlament seçkisi dinc mahiyyət daşıyırdı və burada bütün müxalifət partiyaları və həm daxili, həm də xarici müşahidəçilər iştirak edirdi. Lakin seçki özü beynəlxalq standartlara uyğun olmadı?, - deyə Filip Krouli qeyd edib. Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, seçki günü ABŞ-ın Bakıdakı səfirliyinin müşahidəçiləri ATƏT-dən olan digər müşahidəçilər kimi seçki qutularının saxta bülletenlərlə doldurulması da daxil olmaqla, səsvermə prosesində ciddi pozuntular qeydə alıblar. ?Birləşmiş Ştatlar ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) ?bu seçkilərin keçirilməsi ölkədə demokratik inkişaf istiqamətində əhəmiyyətli irəliləyişin müəyyən edilməsi üçün ümumilikdə kifayət etməməsinə? dair ilkin qiymətləndirməsini dəstəkləyir?, - deyə Filip Krouli vurğulayıb. Dövlət Departamenti qeyd edir ki, mərkəziləşdirilmiş qeydiyyat və çox sayda daxili müşahidəçilərin cəlb edilməsi də daxil olmaqla seçkilərin bəzi texniki məsələləri seçki prosesinin yaxşılaşmasına, həmçinin qadın namizədlərin say göstəricisinin cüzi faizlə artmasında öz əksini tapıb. Lakin həm seçki kampaniyası zamanı, həm də seçki günü ciddi problemlər qeydə alınıb. "Biz ATƏT-in müşahidə missiyasının seçki qabağı vəziyyətin KİV-də müxtəlif namizədlərin işıqlandırılmasında balansın pozulması, azad toplaşma və söz azadlığının məhdudlaşdırılması, həmçinin namizədlərin qeydiyyata alınmaması və onların əvəzində götürülənlərin isə namizədlər meydanında bərabərsizlik yaratması ilə bağlı narahatlığını bölüşürük?, - deyə Dövlət Departamentinin bəyanatında bildirilir. Bəyanatda həmçinin qeyd edilir ki, ?biz Azərbaycan hökumətini bütün diqqətini seçki prosesi zamanı baş verən qanun pozuntularına cəmləşdirməyə, ədalətli, açıq və tez bir vaxtda seçkilərin düzgün keçirilməsi prosesinə müdaxilə etməkdə şübhəli bilinən səlahiyyətli şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq. ?Biz Azərbaycan hökumətini söz və toplaşma azadlığına hörmət etməyə çağırırıq?, - deyə bəyanatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA