?Silk Way? aviazirkəti ?Boeing? tipli yük təyyarəsini təqdim edib

img

08-11-2010 [04:26]


Azərbaycanın ən böyük aviaşirkətlərindən olan ?Silk Way? ?Cargolux? şirkətindən alınmış yeni ?Boeing 747-400 F? yük təyyarəsini noyabrın 8-də təqdim edib. Tədbirdə ?Azərbaycan Hava Yolları? Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Mülki Aviasiya Administrasiyası, ?Boeing? və ?Cargolux? şirkətlərinin rəsmiləri iştirak edib. ?Silk Way? şirkətinin direktoru Şəmsəddin Mirsalayev jurnalistlərə müsahibəsində hava gəmisinin şirkətin mülkiyyətinə və istifadəsinə verilən bu tip ilk yük təyyarəsi olduğunu söyləyib. ?Boeing? şirkətinin vitse-prezidenti Martin Benrott isə Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdən məmnunluğunu bildirib. Yaxın illərdə Azərbaycana daha bir neçə yük və sərnişin təyyarələri gətiriləcəkdir. İki gündən sonra bu təyyarə Azərbaycan bayrağı altında Şanxaya uçacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA