Deputat Nazim Məmmədovun klinikasının baz həkimi həbs edildi

img

08-11-2010 [02:50]


Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən hələ 8 iyul 2010-cu il tarixdə "Loğmed"MMC-də vergiləri ödəməkdən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. MİA nazirliyin saytına istinadən xəbər verir ki, istintaq zamanı müəyyən edilib ki, klinika tərəfindən vergi orqanlarına təqdim olunmuş bəyannamələrdə 2008-ci ilin 3-4-cü rübləri və 2009-c ilin 11 ayı ərzində ümumi dövriyyə 45.000 manat göstərilib. Həmin rəqəm yalnız xəstələrə göstərilən ambulator xidmətlərin nəzarət-kassa aparatına vurulan hissəsidir. Bu rəqəmlər NKA-ya vurulan çeklərdə öz əksini tapmış və 2009-cu ilin xəzinə kitabına işlənilmişdir. Göstərilən məbləğin əsas hissəsi qeyri-rəsmi qaydada işçilərin əmək haqlarına silinmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə klinikada 495 xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılsa da, həmin əməliyyatlardan əldə edilmiş pul vəsaitləri rəsmi hesabatlarda göstərilməmiş və klinikanın xəzinəsinə mədaxil edilməyib. Mütəxəssis rəyinə görə, klinikada 59.713,99 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıblar. 2010-ci ilin noyabr ayının 5-də "Loğmed" MMC-nin direktoru Sadıqov Əlibala Abduləzim oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə Departament tərəfindən şübhəli şəxs qismində tutulub. İstintaqla həmçinin müəyyən edilib ki, Məmmədov Nazim Hüseyn oğlu 28 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən aylıq icarə haqqı 4000 manat olmaq şərtilə "Loğmed" MMC yerləşən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 65 ünvanındakı beş mərtəbəli binanın birinci mərtəbəsindəki 329,4 kv.m. ölçüdə qeyri-yaşayış sahəsini tibb müəssisəsi məqsədilə icarəçinin istifadəsinə verib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA