ilham Əliyev Bakı-Ələt avtomobil yolunun açılızında iztirak edib

img

08-11-2010 [12:30]


Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 8 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş ?Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı?nın icrası ilə əlaqədar ?Bakı?Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması? və ?Bakı-Ələt avtomobil yolunun Bibiheybət?Lökbatan dairəsi sahəsinin yenidən qurulması? layihələri həyata keçirilib. Layihələrin icrasına 2009-cu ilin mayında başlanılıb. Yolun tikilən birinci dərəcəli 5 zolaqlı hissəsinin uzunluğu 3,5 kilometrdir. Yolun yenidən qurulan 5,7 kilometrlik hissəsi isə 8 zolaqlıdır. Bu yolun istifadəyə verilməsi respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakıya gələn nəqliyyat vasitələrinin paytaxta giriş hissəsində maneəsiz birtərəfli hərəkətlə şəhərə daxil olmasına imkan verəcək. İ. Əliyev inşaatçıları təbrik edib, rəmzi açılışı bildirən lenti kəsib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA