Əli Kərimlinin müzahidəçisi həbs edildi

img

07-11-2010 [07:59]


31 saylı Suraxanı ikinci seçki dairəsində səsvermə prosesini izləyə müşahidəçi həbs edilib. AXCP sədri Əli Kərimlinin seçki qərargahından MİA-ya daxil olan məlumata görə, dairənin 2 saylı məntəqəsində ?AXCP-Müsavat? blokunu təmsil edən müşahidəçi Xalid Qarayev polis tərəfindən saxlanılıb. Verilən məlumatda bildirilir ki, o seçki məntəqəsində saxtalaşdırmaya etiraz edib. Lakin seçki komissiyasının rəhbərliyi məntəqəyə polis çağırıb və X. Qarayev polislər tərəfindən aparılıb. Onun hazırda 32 saylı polis bölməsində saxlanıldığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA