Ramiz Mehdiyev: ?Vəziyyət çox yaxzıdır?

img

07-11-2010 [07:52]


Seçkilər sabit və sakit şəraitdə keçir?. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7-ci seçki məntəqəsində səs verəndən sonra mediaya açıqlamasında belə deyib. Beynəlxalq müşahidəçilərin açıqlamalarında da müsbət rəyin formalaşdığını vurğulayan Ramiz Mehdiyev bildirib: ?Hesab edirəm ki, vəziyyət çox yaxşıdır. Bunu təkcə mən demirəm, seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər. Dünən də bizim onlarla görüşümüz olub. Onlar da buna çox yüksək qiymət verirlər ki, Azərbaycanda sabitlik yaranıb, seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bu gün də həqiqətən çox sakit, normal seçki keçirilir?. Dördüncü çağırış Milli Məclisə seçkilərin nəticələri ilə bağlı sualı cavablandırarkən Ramiz Mehdiyev deyib: ?Nəticələr keyfiyyətcə daha yüksək olacaq. Hər parlament seçkisində biz yeni-yeni nailiyyətlər əldə edirik, parlamentə yeni təfəkkürə malik insanlar gəlirlər. Güman edirəm ki, bu dəfə də belə olacaq. Hər halda, namizədlərin tərkibi belə deməyə əsas verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA