Mətbuat Şurasının ?qaynar xətt?inə hər hansı məlumat daxil olmayıb

img

07-11-2010 [02:24]


Seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının ?qaynar xətt?inə hər hansı məlumat daxil olmayıb. Şuranın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə Şuranın monitorinq qrupunun paytaxt və bölgələrdəki seçki məntəqələrində olan üzvləri də jurnalistlərə qarşı maneə faktı qeydə almayıblar. Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri bu gün saat 08.00-dan ?qaynar xətt? rejimində işləyir. Jurnalistlərin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan ?qaynar xətt?in növbəti məlumatı saat 17.00-da yayımlanacaq. Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də seçkinin gedişini izləyirlər. Onlar yerlərdə KİV təmsilçilərinə yaradılan şəraitlə yaxından tanış olurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA