Dazkənd zəhərində Azərbaycan Respublikasının Milli Sərgisi keçirilir

img

06-11-2010 [04:21]


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin cari ilin 27-28 sentyabr tarixlərində Özbəkistan Respublikasına rəsmi səfəri zamanı iki ölkə Prezidenti arasında əldə olunmuş razılaşmaya əsasən 5 - 7 noyabr 2010-cu il tarixdə Daşkənd şəhərində Azərbaycan Respublikasının Milli Sərgisi keçirilir. Sərgisində Gənclər və İdman Nazirliyi gənclər və idman sahəsinə dair bir sıra məlumatları özündə əks etdirən foto stend, video çarxlar, foto-albomlar, olimpiya hərəkatına dair kitablar, çap və digər sərgi materialları ilə təmsil olunur. Sərgidə Gənclər və idman Nazirliyin qurumun əməkdaşı Elmir Mehdiyev təmsil edir. Daşkənd şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 05 noyabr 2010-cu il tarixində ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyəti Mərkəzinin qarşısındakı ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və Mərkəzlə yaxından tanış olmuşdur. Daha sonra nümayəndə heyəti ?Uzexpocentr? sərgi mərkəzində rəsmi açılış mərasiminə qatılmışdır. Sərgidə Azərbaycanda inşa edilmiş olimpiya idman kompleksləri və digər idman qurğuları haqda olan materiallar sərgi ziyarətçilərində geniş maraq oyatmışdır. Gələcəkdə Özbəkistanın aidiyyəti təşkilatlarının bu kimi qurğuların inşası sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq və bu Komplekslərdə təlim-məşq toplantılarının təşkili ilə bağlı istəkləri diqqətə çatdırılmışdır. Sərgi 7 noyabr 2010-cu il tarixə kimi davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA