ilk dəfə səs verəcək gənclər üçün ?Gənclər gələcəyə səs verir? adlı aksiya keçirilib

img

06-11-2010 [10:50]


Noyabrın 7-də keçiriləcək parlament seçkilərində ilk dəfə səs verəcək gənclərin fəal iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb və ?Gənclər gələcəyə səs verir? devizi altında həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, sentyabr-noyabr aylarında 60-dan çox rayon və şəhərdə gənclər üçün məlumat xarakterli seminarlar təşkil edilib, gənclərə seçki hüququ, seçki günü səs vermə proseduru, seçici siyahılarında adın dəqiqləşdirilməsi, namizədliyi qeydə alınmış şəxslər haqqında məlumatların öyrənilməsi, onların platformaları ilə tanışlıq və s. barədə məlumatlar verilib. Seminarlarda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və nazirliyin bir sıra məsul əməkdaşları, Dairə Seçki komissiyalarının nümayəndələri, gənclər təşkilatlarının nümayəndələri, ictimai fəal gənclər və ziyalılar iştirak ediblər. Fəaliyyət planına uyğun olaraq GİN tərəfindən ?Milli Məclis ? Qanunverici Orqan? adlı yaddaş kitabçası nəşr olunaraq gənclərə paylanıb. Kitabçada Milli Məclisə seçkilərin tarixi, Heydər Əliyev və Azərbaycan Parlamenti, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları və s. mövzular öz əksini tapıb. Bundan başqa ?Səsinə qüvvət? və ?Səsin gəlsin? adlı qolbaqlar hazırlanıb və ilk dəfə səs verəcək 100000 gəncə paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA