Təzviqat mərhələsi baza çatdı; sabah Azərbaycan seçiciləri səsverməyə gedəcək

img

06-11-2010 [10:03]


Parlamennt seçkilərinin təşviqat mərhələsi başa çatdı. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 63 KİV (38 qəzet, 13 agentlik, 12 TV və radio) tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub. Namizədlərin təbliğat materialları üçün 5000-dən artıq lövhələr qurulub, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən respublikadakı 3440 yaşayış məntəqəsində 4930 (2676 açıq, 2254 qapalı) görüş yerləri ayrılıb. Qeyd edək ki, sentyabrın 3-dən seçki kampaniyası başlanandan parlament seçkilərində iştirak etmək üçün 1412 iddiaçı imza vərəqi götürüb və yalnız 1115 nəfər imza toplayaraq imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına (DSK) təqdim edib. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 72 nəfəri hələ sənədləri DSK tərəfindən baxılmazdan əvvəl namizədlikdən imtina edib, DSK-lar 1043 namizədin sənədlərinə baxıb. Bunlardan 738 iddiaçı namizəd qismində qeydə alınıb. Sənədlərdə yol verilmiş ciddi qanun pozuntuları, o cümlədən gəlir mənbələrinin, əmlakla bağlı məlumatın qeyri-dürüstlüyü, əlavə olaraq, imza vərəqələrində yol verilmiş və xəbərdarlıqlar olunmasına baxmayaraq aradan qaldırılmamış qusurlar səbəbindən 302 nəfərin namizədliyinin qeydə alınması mümkün olmayıb. Qeydə alınmış namizədlərin 53 nəfəri öz ərizələri ilə namizədliyini geri götürüb və yekunda 690 nəfər namizədin adı seçki bülletenlərinə daxil edilib. Deputatlığa namizədlərin 94 nəfəri qadındır. 24 saatdan sonra MSK bəyan edir ki, səsvermə günü ərzində seçicilərin fəallıq göstəricisi 5 dəfə, səsvermənin nəticələri isə səsvermə sona çatdıqdan bir neçə saat sonra Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi vasitəsilə MSK-ya və eyni zamanda MSK-nın internet səhifəsinə ötürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA