Prezident əhaliyə göstərilən tibbi xidmətlərin təkmilləzdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

img

05-11-2010 [09:54]


Azərbaycan prezidenti İlham Əliyev respublika əhalisinə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Ağdaş və Şəki şəhərlərində inşa olunan 100 çarpayılıq xəstəxanaların tikintisinin sürətləndirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 2,0 (iki) milyon manat (hər bir xəstəxana üçün 1,0 milyon manat) vəsait ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA