Fuad Muradovun bu dəfə də qalib gələcəyinə əminik!!!

img

05-11-2010 [05:32]


29 saylı Səbail seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Fuad Muradovun təbliğat-təşviqat kampaniyası artıq yekunlaşmaq üzrədir. Kampaniya başlayandan bir neçə internet saytında onlayn səsvermə həyata keçirilirdi. Bu səsvermələrdə də Fuad Muradov bütün rəqiblərini üstələyib. Belə ki, 1news.az, namized.com, secki2010.info və secikler.org saytlarında aparılan internet səsverməsində müvafiq olaraq 82% (527 nəfər), 45%, 46% (226 səs) və 88,25 % (353 nəfər) nəticələrlə Fuad Muradov liderdir. presspost.az saytının seçicilər arasında keçirdiyi sorğunun nəticələrinə görə də Fuad Muradov öndə olub. İnternet vasitəsiylə aparılan təbliğat-təşviqat kampaniyası dövründə deputatlığa namizəd Fuad Muradovun rəsmi saytında (www.fmuradov.az) 29 kateqoriya, 774 məqalə yerləşdirilib. Saytı 1923 nəfər ziyarət edib və 6465 səhifəyə baxılıb. Sayta Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Almaniya, Birləşmiş krallıq, ABŞ, Norveç, Litva, Kanada, Niderland, Avstriya, Macarıstan, İran, Malayziya, İsveç, Belçika, Gürcüstan, Fransa, BƏƏ, İsveçrə, Çexiya, Ukrayna, Danimarka, Macarıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Çin, Koreya, İspaniya, Estoniya, Suriya, Misir, Yeni Zelandiya və Yaponiyadan ziyarətçilər daxil olub. Namizədin Facebook sosial şəbəkəsindəki səhifəsinin də statistikası da maraqlıdır. Belə ki, Fuad Muradovun Facebook səhifəsini 3515 nəfər bəyənib. 8428 aylıq fəal istifadəçisi olan səhifədə ölkəmizlə yanaşı digər dövlətlərdən də insanlar olub. Facebook səhifəsini bəyənənlərdən 49 % -i qadın, 50% -i kişilər olub. Yaş qruplarına gəlincə isə 13-55 arasında dəyişib. Həmçinin Avrasiya Araşdırma Rəy Mərkəzi tərəfindən 36875 respondent arasında keçirilmiş rəy sorğusunun nəticəlrin görə Fuad Muradov 7 noyabr 2010-cu il tarixində baş tutacaq Parlament seçkilərində iştirak edən ən fəal namizədlərdəndir. İnternetdən istifadə edənlərin əksəriyyətinin gənclər təşkil etdiyini nəzərə alsaq deməli Fuad Muradovun güclü gənclər ordusu ilə seçkilərə getdiyi ortaya çıxır. Lakin keçirilən görüşlər, internet aksiyalarda olan nəticələr bir şeyi sübut edir. Namizədin seçki qərargahının və bütövlükdə Səbail rayonunun gəldiyi nəticə belədir: Fuad Muradovun bu dəfə də qalib gələcəyinə əminik!!!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA