29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Fuad Muradovdan möhtəzəm sonluq

img

05-11-2010 [04:24]


29 saylı Səbail seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Fuad Muradov təqvim planına uyğun olaraq noyabr ayının 3-ü və 4-də Bayıl qəsəbəsi İbrahim Məmmədov küçəsində və 6-cı Bayıl ərazisində görüşlər keçirdi. Görüşlərdə Fuad Muradov seçicilərini 7 noyabr tarixində seçki məntəqələrinə gəlməyə və seçmək hüquqdan istifadə etməyə çağırdı. ?Əgər Siz də öz problemlərinizi həll etməyə və layiq olduğunuzu əldə etməyə hazırsınızsa, öz səsinizlə mənə və mənim simamda sizə yardım edəcək Azərbaycan gəncliyinə, Azərbaycanın bu gününə və sabahına səs verin! Mən sizi 7 noyabrda seçki məntəqələrinə gəlməyə və öz seçmək hüququnuzdan istifadə etməyə çağırıram? - deyə Fuad Muradov öz seçicilərinə müraciət edib. Bununla da deputatlığa namizədin seçicilərlə görüşlərini yekunlaşdırıb. ?Bir daha Muradov Fuad!? şüarı ilə seçkilərə gedən deputatlığa namizədi seçicilərin böyük əksəriyyəti dəstəkləyib. Təbliğat dövründə deputatlığa namizədin seçicilərlə görüşlərində yüksək aktivlik müşahidə olunub. Seçki qərargahının təqvim planına uyğun olaraq seçicilərlə görüşlərin vaxtı və yeri əvvəlcədən müəyyənləşdirilib və bu zaman əsasən, seçicilərin istəyi nəzərə alınıb. Təşviqat dövründə Səbail rayonunun Bayıl, 20-ci sahə, Bibiheybət, Badamdar ərazilərində 74 görüş keçirilib. Bu görüşlərdə 10 mindən çox seçici iştirak edib. Görüşlərdə deputatlığa namizəd öz platformasını təqdim edib. Seçicilər tərəfindən bütün görüşlərdə rəğbətlə qarşılanan namizəd böyük dəstək qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA