Deputat Ərəstun Cavadov alternativinə 1000 manat rüzvət verməkdə ittiham olunur

img

05-11-2010 [04:18]


[b]Pul muqabilində namizədliyini geri götürən YAP-çı namizəd Zakir Qaralova şikayət edib[/b] 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Vüqar Hüseynov baş prokuror Zakir Qaralova şikayət məktubu yazıb.MİA-ya daxil olan şikayət məktubunda qeyd olunur ki, sözügedən dairədə ciddi qanun pozuntusu və rüşvətlə seçki prosesinə müdaxilə edilib: ?Mən 550 imza toplayaraq, bitərəf kimi öz namizədliyimi vermişdim. DSK sədri Azad Dursunəliyev oktyabrın 10-da Qubaxəlilli kəndində evimə gəldi və bildirdi ki, sabah mənim dalımca maşın göndərəcək, həmin dairədən namizəd olan Ərəstun Cavadovun Adamı namizədliyimi geri götrməyim üçün mənə 1000 AZN məbləğində pul verəcək. Səhərisi gün A.Dursunəliyev mənim dalımca evimə seçki dairəsinin maşınını göndərdi və məni seçki dairəsinə gətirdilər. Orada Ərəstun Cavadovun iş icraçısı Əlizamin A.Dursunəliyevin xidməti otağında cibindən 1000 AZN pul çıxararaq A.Dursunəliyevə verdi. O, pulu sayaraq həmin məbləği mənə verdi və söz verdi ki, Ərəstun Cavadov deputat seçilsə, mənim evimi təmir etdirəcək. Pulu aldıqdan sonra mən DSK-ya ərizə ilə müraciət etdim və A.Rudsunəliyevin mənə məsləhət verdiyi kimi, ərizədə göstərdim ki, seçki vaxtı kifayət qədər səs toplaya bilməyəcəyimi nəzərə alıb deputatlığa namizədliyimi geri götürürəm. Hazırda yardımla bağlı Dursunəliyevə müraciət edəndə o məni artıq saymır, məşğul olduğuna görə məni otağa qoymur. Mən 1996-cı ildən YAP-ın üzvüyəm və pula görə namizədliyimi geri götürdüyümdən vicdan əzabı çəkirəm. Aldığım 1000 manatı geri qaytarmağa hazıram. Ərizədə göstərdiklərimlə bağlı müvaiq tədbirlərin görülməsini xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA