Əliməmməd Nuriyev qalib oldu

img

05-11-2010 [01:50]


Bu il noyabrın 7 də keçirilməsi nəzərdə tutulan Parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Avropa Hərəkatı namizədlərin reyrtinq cədvəlini müəyyənləşdirmək məqsədi ilə seçicilər arasında keçirilən rəy sorğusunda rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, 71 saylı Massallı kənd seçki dairəsindən namizəd Əliməmməd Nuriyev bu dairədə birinci olub. Respondentlərin 46 faizi Əliməmməd Nuriyevi deputat kimi görmək istədiklərini açıqlayıblar. Sorğu 6 seçki dairəsində (15 saylı Yasamal, 17 saylı Yasamal, 31 saylil Suraxanı, 29 saylı Səbail, 63 saylı Sabirabad, 71 saylı Masallı ) həyata keçirilib. Sorğuda hər dairədən 100 seçici iştirak edib. Bütövlükdə 600 seçicinin rəyi öyrənilib. 7 noyabr parlament seçkiləri ilə bağlı seckiler.org saytında keçirilən virtual səsvermənin nəticələrinə görə də 71 saylı Massallı kənd seçki dairəsində namizəd Əliməmməd Nuriyev 87,97% səs toplayaraq birinci olub. Bundan əvvəl isə www.bolgexeber.com saytı Babaser, Bədəlan və Kolatan kəndlərində sorğu keçirib. Həmin sorğularda iştirak edən respondentlərin 59 faizi Əliməmməd Nuriyevi dəstəkləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA