Azərbaycanlı əsir erməni meyiti ilə dəyizdirildi

img

04-11-2010 [01:26]


Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq 4 noyabr 2010-cu il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində 11 sentyabr 2010-cu il tarixdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış, 5 oktyabr 2010-cu il tarixdə saxlandığı kamerada özünü asaraq intihar etmiş Ermənistan Respublikası vətəndaşı Sarıbekyan Manvel Mamikonoviçin meyidi qarşı tərəfə təhvil verilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən məlumat verilib. Bildirlib ki, Ermənistan tərəfi 28 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi ərazisində girov götürülmüş Azərbaycan vətəndaşı Tağıyev Eldar Heydər oğlunu Azərbaycan tərəfə qaytarıb. İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA