Azərbaycan Ordusu daha bir əsgərini itirib

img

04-11-2010 [11:13]


Azərbaycan Ordusuna daha bir itki üz verib. Xəzər rayon Hərbi Komissarlığından verilən məlumata görə, bu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan 22 yaşlı Ramiş Oktay oğlu Atakişiyev dünən axşam Saatlı rayonunda yerləşən hərbi hospitalda ölüb. Ağdam rayonunda yerləşən ?N? saylı hərbi hissədə qulluq edən əsgərin cəsədi artıq anadan olduğu Xəzər rayonunun Binə qəsəbəsinə gətirilib. Əsgər boğaz nahiyəsində olan xəstəliklə əlaqədar olaraq Saatlıda yerləşən hospitala yerləşdirilibmiş, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Əsgərin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, R.Atakişiyev Aviasiya Akademiyasının məzunu olub. Faktla bağlı Müdafi Nazirliyinin mətbuat xidmətindən məlumat öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA