Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov beynəlxalq konfransda iztirak edib

img

04-11-2010 [10:20]


Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin nəqliyyat və rabitə naziri cənab Binəli Yıldırımın dəvəti ilə Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (BLİA) noyabrın 1-3-də İstanbulda keçirilən 24-cü Ümumdünya Konqresinin açılış mərasimində iştirak etmək üçün bu ölkədə olub. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, konqresin açılış mərasimində iştirak edən Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan son illər Türkiyənin iqtisadi cəhətdən inkişafı ilə əlaqədar nüfuzunun artdığını qeyd edib və bu işdə ölkədə həyata keçirilən böyük layihələrin mühüm rol oynadığını bildirib. Bakı-Tbilisi-Ceyhan neft boru xətti kimi nəhəng layihənin idarə edilməsinin əhəmiyyətini xüsusi vurğulayan Baş nazir ölkəsində həyata keçirilən digər qlobal və regional layihələr barədə də ətraflı danışıb. Nazir Əli Abbasov Konqresinin açılış mərasimində çıxış edərək Azərbaycanda həyata keçirilən nəhəng layihələr, xüsusən ?Transmilli Avrasiya Super İnformasiya Magistralı? (TASİM), ?Regional İnnovasiya Zonası? (RİZ) və ?AzerSpace? kimi qlobal və regional layihələr barədə iştirakçılara məlumat verib. Sonra Ə. Abbasov və B. Yıldırım ikitərəfli görüş keçirib, həmçinin tədbir çərçivəsində konqresin təşkilatçıları tərəfindən təşkil edilən sərginin açılış rəmzi olan lenti birgə kəsib, Türkiyənin nəqliyyat və rabitə sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlərin nümayiş etdirdikləri stendlərə baxıblar. Ə.Abbasov səfər çərçivəsində Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının İdarə Heyətinin sədri Mayls Şepardla, həmçinin ?Türktelekom?, ?Türksell?, ?Karel? və Türkiyənin digər aparıcı telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüşüb. Türkiyənin ?TRT Türk? televiziya kanalı Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunda son illər aparılan islahatlara, həyata keçirilən layihələrə maraq göstərərək nazir Əli Abbasovdan müsahibə götürüb. Qeyd edək ki, BLİA 1965-ci ildə əsası qoyulmuş və dünyanın 50-dən çox ölkəsinin 40 mindən çox üzvünü özündə birləşdirən beynəlxalq assosiasiyadır. Təşkilatın əsas funksiyası həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrin idarə edilməsinə köməklik göstərmək və beynəlxalq səviyyədə tanıtmaqdan ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA