1 tondan artıq saxta polietilen torbaların satızının qarzısı alınıb

img

03-11-2010 [02:06]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 203 ünvanında Almazxan Qəhrəmanova məxsus mağazada yoxlamalar aparıb. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, aparılan yoxlama zamanı üzərində İranda istehsal edildiyi göstərilmiş ?Reyhaneh?, ?Sun shine?, ?Parsa?, ?Rozhina?, ?Pilgoon? adlı 389 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının və müşayətedici sənədlərinin olmadığı, 1 paketin içində 100 ədəd torbanın olmasının göstərildiyi halda, buradakı polietilen torbaların sayının 40-80 ədəd olduğu, 1082 kq polietilen torbaların isə uyğunluq sertifikatının olmadığı müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən mənşəyi bəlli olmayan 389 kq polietilen torbanın məhv edilməsi, uyğunluq sertifikatı olmayan 1082 kq polietilen torbanın isə satışının dayandırılması barədə sahibkar Almazxan Qəhrəmanova icrası məcburi göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA