Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməli qoyuldu

img

03-11-2010 [12:31]


Prezident İlham Əliyev bu gün Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına bildirib ki, Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi prezidentin 2007-ci il 18 oktyabr tarixli sərəncamına əsasən həyata keçirilir. Liman kompleksinin layihəsi beynəlxalq tenderin qalibi olan Hollandiyanın ?Royal Haskoning? şirkəti tərəfindən hazırlanıb. Limanın dəniz hissəsində giriş kanalı və dönmə akvatoriyasında dibdərinləşdirmə və quru hissəsində infrastrukturun layihələndirilməsi işləri başa çatdırılıb. Hazırda limanda tətbiqi nəzərdə tutulan müasir kran, maşın və mexanizmlərin seçimi və müasir naviqasiya-rabitə sisteminin layihələndirilməsi üzrə işlər aparılır. Liman kompleksinin tikintisi üçün 400 hektar ərazi ayrılıb və tikinti 3 mərhələdə aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA