Müsavat bazqanı isa Qəmbər Məzahir Pənahova zikayət edib

img

02-11-2010 [03:09]


15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının başqanı İsa Qəmbər Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova şikayət edib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, partiya sədri müraciətində bildirib ki, 22 oktyabr 2010-cu il tarixdə İctimai Televiziyada ?Xalq seçir? verilişində 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Elbrus Abdullayev onun barəsində həqiqətə uyğun olmayan məlumat yayıb: ?O, ??Mən üzümü buradan Müsavatın rəhbəri İsa Qəmbərə tutub söyləmək istəyirəm: bundan qabaqkı gündə keçirilən debatda sənə verilən Qarabağı vermisiniz sualına cavab vermədin. Niyə bu suala cavab vermədin, niyə yayındın bu sualdan, mən bunun cavabını vermək istəyirəm. Siz hakimiyyətə gəldiniz və bir-iki günün içərisində 7 nəfərin ölümünə fərman verdiniz. Sən dəstəni yığdın başına getdin Füzuliyə, öz yerin-yurdun olduğuna görə. Orada oranı da ermənilərə təhvil verib gəldiniz, hissə-hissə torpaqları verdiniz. İndi isə qəzetlərdə robot şəklində özünüzü qəhrəman şəklində göstərirsiniz. Siz bu hakimiyyətə gələ bilməzsiniz, çünki sizin səviyyəniz, sizin mövqeyiniz bu xalqın səviyyəsi, mövqeyi deyildir. Xalqa şərəfli, vicdanlı adamlar lazımdır?? deyə çıxış edib. Bildirərəm ki, mən Ali Sovetin sədri vəzifəsindən 1993-cü il iyun ayının 15-də istefa vermişəm, Füzuli rayonu isə 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. Hesab edirəm ki, Abdullayev Elbrus Dilənçi oğlunun televiziyanın canlı efirində yayımlanan aşağıdakı fikirləri böhtan və təhqir xarakterlidir?. İ. Qəmbər bildirib ki, E.Abdullayevin onun barəsində söylədiyi fikirlərin təkzib edilməsi üçün ona efir vaxtının ayrılması zəruridir. O, təkzib üçün pulsuz efir vaxtının verilməsi tələbi ilə İTV rəhbərliyinə də müraciət etdiyini, lakin bundan imtina olunduğunu bildirib. İ. Qəmbər Seçki Məcəlləsinin 88.6-cı maddəsinə əsasən bu qanunsuz əməlinə görə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinin də məsuliyyətə cəlb edilməsini vacib sayıb. İ.Qəmbər MSK sədrindən şərəf və ləyaqətini qorumaq üçün qanunvericiliyi tələbinə uyğun surətdə pulsuz efir vaxtının verilməsi ilə əlaqədar səlahiyyətləri çərçivəsində təcili tədbirlər görməyi xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA