Elmira Axundova seçki komissiyası üzvlərinə pul paylayır

img

02-11-2010 [02:45]


[b]71 saylı dairədə bir sıra kəndlərdə ərazi icra nümayəndələri şəxsiyyət vəsiqələrini yığıblar[/b] Sözügedən dairədən namizəd olan Əliməmməd Nuriyevin seçki qərargahından verilən məlumata görə, 71 saylı Masallı kənd seçki dairəsində seçki qutularından namizəd Elmira Axundovanın adının çıxması üçün DSK üzvləri və icra hakimiyyətinin yerli ərazi icra nümayəndələri qollarını çırmayıblar. DSK-nın, ərazı icra nümayəndələrinin adıçəkilən namizədə məhəbbəti o qədər güclüdür ki, Seçki Məcəlləsinin tələblərini, MSK tərəfindən müəyyənləşdirilən qaydaların kobud şəkildə pozulmasından belə çəkinmirlər. Masallı rayon Hüşkədərə ərazi icra nümayəndəsi Qumriyyə Cəfərova Elmira xnımın kənd məktəbində görüşünü təşkil edib və hətta özü tədbirdə çıxış etməkdən belə çəkinməyib. Qumriyyə Cəfərova yerli sahibkarlara hədə-qorxu gələrək bu dairədən digər namizəd Əliməmməd Nuriyevin plakatlarını yığışdırmağı, çırmağı tələb edib. 71 saylı Masallı kənd seçki dairəsindən əldə etdiyimiz məlumatlara əsasən artıq burada seçki qutularından namizəd Elmira Axundovanın adının çıxması üçün DSK üzvləri və icra hakimiyyətinin yerli ərazi icra nümayəndələri qollarını çırmayıblar. DSK-nın, ərazı icra nümayəndələrinin adıçəkilən namizədə məhəbbəti o qədər güclüdür ki, Seçki Məcəlləsinin tələblərini, MSK tərəfindən müəyyənləşdirilən qaydaların kobud şəkildə pozulmasından belə çəkinmirlər. Masallı rayon Hüşkədərə ərazi icra nümayəndəsi Qumriyyə Cəfərova Elmira xnımın kənd məktəbində görüşünü təşkil edib və hətta özü tədbirdə çıxış etməkdən belə çəkinməyib. Qumriyyə Cəfərova yerli sahibkarlara hədə-qorxu gələrək bu dairədən digər namizəd Əliməmməd Nuriyevin plakatlarını yığışdırmağı, çırmağı tələb edib. Rayon icra hakimiyyətində məsul vəzifədə çalışan Əlimərdan adlı şəxs tərəfindən isə Elmira Axundovanın adından DSK-nın və məntəqə seçki komissiyalarının onlara yaxın üzvlərinə pul paylamağa başladığı,. DSK üzvlərinə 300, məntəqə üzvlərinə isə 20 manat verildiyi gələn xəbərlər sırasındadır. Bəzi kəndlərdə isə konkret seçiciləri ələ almağa çalışırlar. Elmira xanımın nümayəndələrinin Ərkivan kəndində Səxavət həkimin evinə gələrək, onun həyətinə yol çəkməyə başlayıblar. Türklər kəndində isə seçicilərin şəxsiyyət vəsiqələrii Tofiq adlı ərazi icra nümayəndəsi tərəfindən yığılıb. Seçicilərin etirazlarına baxamayaraq o, şəxsiyət vəsiqələrinin 7 noyabrdan sonra geri veriləcəyini bildirib. Kalinovka kənd icra nümayəndəsi də həmkarının yolu ilə gedərək şəxsiyyət vəsiqələrini toplayıb. Gəyçöl, Bədəlan, Qızılavar kəndlərində də seçicilərin şəxsiyyət vəsiqələrinin yığılması prosesinə başlanılıb. Elmira Axundovanın tərəfdarları isə onun artıq seçildiyi barədə xəbərlar yayırlar. Elmira xanım isə müxtəlif vəzifəli şəxslərin, nazirlərin, Prezident Adminstrasiyasının vəzifəli şəxslərinin adlarını çəkərək, onlar tərəfindən müdafiə olunduğunu açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA