Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

img

02-11-2010 [02:23]


Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) cari ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, iclasa sədrlik edən Komitə sədri Rüfət Aslanlı hesabat dövrünün həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üçün bir sıra xüsusiyyətlərlə yadda qaldığını qeyd edib. Dünyanın aparıcı iqtisadiyyatlarında böhrandan sonrakı bərpa proseslərindən söz açan R.Aslanlı inkişaf etmiş ölkələrdə iqtisadi artımın fiskal konsolidasiya tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq, daha konservativ artım nümayiş etdirdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. QKDK-nın sədri çıxışında bir sıra ölkələrin ixracatı dəstəkləmək məqsədilə valyutalarını bilərəkdən dəyərdən salaraq, ?valyuta müharibələri? mövzusunun gündəmə gəlməsindən bəhs edərək, qlobal iqtisadiyatda proteksionist meyllərin artması təhlükəsini doğurduğunu bildirib. R.Aslanlı bildirib ki, hesabat dövründə iqtisadiyyatda 4,1%, neft sektorunda 2,7%, qeyri-neft sektorunda isə 5,2 % artım qeydə alınıb. Azərbaycan korporativ borc bazarı 2,5 dəfə artıb. İclası yekunlaşdıran R.Aslanlı cari ilin 9 ayının yekunlarını ümumilikdə komitənin fəaliyyət istiqamətləri üzrə məhsuldar dövr kimi qiymətləndirərək, struktur bölmələrin növbəti dövr üçün əsas prioritetlərini iclas iştirakçılarının diqqətinə çatdırıb. O, 2010-cu ilin QKDK üçün ?reqlamentləşdirilmə ili? olduğunu iclas iştirakçılarına xatırladaraq, bu istiqamətdə nəzərdə tutulan tədbirlərin cari ilin sonunadək yekunlaşdırılmasını tapşırıb. 2011-ci ili QKDK üçün ?potensialın genişləndirilməsi və inkişaf etdirilməsi ili? kimi bəyan edən QKDK sədri 2011-ci il üzrə struktur bölmələrin fəaliyyət planlarının işlənib hazırlanmasına başlanılmasını və bu prosesdə, qeyd edilən çağırışın nəzərə alınmasını tövsiyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA