Təhsil Nazirliyi ABU problemini tam həll etməyib

img

02-11-2010 [11:04]


Dərs ilinin əvvəlində fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU) tələbələrinin digər ali məktəblərə köçürülməsi prosesi hələ də başa çatmayıb. Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyindən MİA-ya bildirlib ki, ABU-ya qanuni qəbul olunmuş və dövlət imtahanlarından rüşvət vermədiklərinə görə keçə bilməyən məzunlar üçün imtahanların yenidən təşkil olunması prosesi gecikdirilir. Təhsil Nazirliyi buna səbəb kimi ABU rəhbərliyinin həmin məzunların sənədlərini nazirliyə təqdim etmədiklərini göstərsə də, ABU-da bunun tam əksini deyirlər. Bundan əlavə, ABU-nu bitirmiş, yalnız dövlət imtahanından keçə bilməmiş məzunların yenidən bir il oxuyacaqları da bildirilir ki, bu da onların narazılığına səbəb olub. Artıq məzunlar təhsil hüquqlarının pozulması ilə bağlı Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA