Azərbaycandan ilk zəvvar qrupu Həccə yollandı

img

02-11-2010 [10:30]


Azərbaycanlı zəvvarlar bu gündən başlayaraq Həcc ziyarətinə yola düçəcəklər. Artıq ilk zəvvar qrupu bu gün avtobusla yola düşüb. Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 2 və 3-də sərnişin avtobuslardan təşkil olunan dəstə hər il olduğu kimi Azadlıq Meydanından yola düşəcək. Bütün karvanda 46 avtobus olacaq. Təyyarəddən istifadə eəcək zəvvarlar isə bu ayın 2, 3, 4 və 5-də yola düşəcəklər. Səfər hər gün bir reyslə həyata keçiriləcək. 2000 zəvvardan 1200 nəfərinin avtobus, 800 nəfərinin isə təyyarə ilə Həccə gedəcək Verilən məlumata görə, QMİ tərəfindən Həcc ziyarəti üçün ayrılmış kvota tam dolub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA